Bu avtomobillər bahalaşacaq - VİDEO

Amerikadan gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, növbəti aydan Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə görə rüsumları 8.3% artırır.

Ekspertlər hesab edir ki, bu hal ölkəmizə Amerikadan idxal olunan avtomobillərin qiymətinə təsir edə bilər.

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, sözügedən avtomobillərin daşınma xərcləri 200 dollara yaxın arta bilər.

Xaricdən gətirilən avtomobillər üzrə ekspert Hüseyn Məmmədli isə deyir ki, ötən ilin sonunda da Türkiyənin həmin boğazlarda sözügedən rüsumu artırılması hiss olunan dərəcədə qiymət fərqinə səbəb olmuşdu.

Hüseyn Məmmədli bildirib ki, gəmiyə tətbiq olunan rüsum artımı çox az olduğundan onu avtomobil başına hesablayanda çox az fərq edir. Bu isə hazırki bazarda mütşərilərin qiymətdən narazılığına səbəb olmur.

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR