Yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı azalıb

2023-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalaraq 8,4 milyard dollara bərabər olub.

Metbuat.az bildirir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin may ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 24 faiz çoxdur" - deyə nazirlikdən əlavə edilib.

Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 20,7 milyard dollar məbləğində hazır geyim ixrac edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı