"Peşə sahəsində bacarıqları olan şəxslərə ehtiyac var" - Dövlət Agentliyi

"Bu gün əmək bazarında texniki peşə sahəsində bacarıqları olan şəxslərə ehtiyac var".

Metbuat.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov deyib.

O, ölkədə peşə təhsilinin inkişafı ilə bağlı konkret strategiyanın olduğunu söyləyib.

Peşə təhsili sahəsində Böyük Qayıdış proqramı ilə bağlı hədəflərin müəyyən edildiyini bildirən C.Kərəmov deyib ki, bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Direktor müavini son beş ilin statistikasına əsasən qeyd edib ki, 2018-ci ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 13 400 idisə, hazırda bu rəqəm 19 mindən artıqdır.

Dövlət Agentliyinin rəhbəri 2026-cı ilə qədər qarşıya qoyulan hədəfin peşə təhsili üzrə tələbə sayının 28 minə çatdırılması olduğunu vurğulayıb.

O, hazırda peşə sahəsi üzrə təhsil alanların sayının 25 min olduğunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı