Pərviz Şahbazov Astana Beynəlxalq Forumunda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edib.

Metbuat.az xəbər verir ki, nazir 8-9 iyun tarixlərində Astana şəhərində keçiriləcək Astana Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində P.Şahbazovun “Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusunda panel müzakirələrdə iştirakı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR