Naxçıvanla sərhəddə zavod tikmək istəyən kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı etiraz bəyanatı yayıb. Həmçinin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar.

Metbuat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, zavodu Ermənistanın keçmiş müdafiə naziri və baş naziri olmuş Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanın kürəkəni ilə ABŞ-da yaşayan hindistanlı iş adamı tikir.

Qeyd edilib ki, zavodun tikintisinə 70 milyon dollar sərmayə qoyulacaq. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq.

Qeyd edək ki, Vazgen Sarkisyan Ermənistanın Milli Qəhərəmanı olub, 1999-cu ildə Ermənistan parlamentində baş verən terror nəticəsində öldürülüb. Vazgen Sarkisyan 1991-ci ildən 1992-ci ilə qədər, sonra isə 1995-ci ildən 1999-cu ilə qədər Ermənistanın ilk müdafiə naziri olub. 11 iyun 1999-cu il tarixdən oktyabrın 27-dək - öldürülməsinə qədər Ermənistanın baş naziri vəzifəsini icra edib. Qarabağın işğal olunması zamanı Ermənistan ordusuna rəhbərlik edib. Aram Sarkisyan isə hazırda "Respublika” partiyasının sədridir.

Hima.am - Երասխում կառուցվում է հայ-ամերիկյան մետալուրգիական խոշոր գործարան


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı