Azərbaycan diri at ixracını 59% artırıb

2023-cü ilin yanvar-mart aylarında Azərbaycandan 110.73 min dollar dəyərində 690 ədəd diri at ixrac edilib.

Metbuat.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara əsasən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ baxımından 41.6%, say baxımından isə 59.4% artıb. 2022-ci ilin ilk 3 ayı ərzindən Azərbaycandan 78.2 min dollar dəyərində 433 ədəd at ixrac edilib.

Qeyd edək ki, ixrac edilən diri atların 590 ədədi (85.5%-i) Qazaxıstana, 50 ədədi (7.2%-i) Özbəkistana, 45 ədədi (6.5%-i) isə Qırğızıstana ixrac edilib.

Xatırladaq ki, ixrac edilən atların bir ədədinin orta ixrac qiyməti 273 manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı