Türkiyənin Mərkəzi Bankına yeni sədr gətirilib.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sərəncama görə, Hafize Gaye Erkan bu vəzifəyə təyin olunub.
Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının ilk qadın sədri olub. O, ABŞ-nin Prinston Universitetində təhsil alıb.