ADB Azərbaycan üçün 4 illik Yol Xəritəsi hazırlayacaq

Asiya İnkişaf Bankının (ADB) Dövlət-Özəl Tərəfdaşlıq Ofisi 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycanın Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsini hazırlayacaq.

Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə qurumda ADB-nin nümayəndə heyəti ilə görüşdə müzakirə aparılıb.

Bundan əlavə, görüşdə dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, vahid internet portalı vasitəsilə hökumətin satınalma planları, tenderdə iştirak imkanlarına dair müzakirələr olub.

Sonda keyfiyyət infrastrukturu sahəsində insan resurslarının və institusional potensialın artırılması istiqamətində ADB ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı