Şəfiqə Nağıyeva onu vuran sürücüdən DANIŞDI: "Dedi anam xəstədir" - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl tanınmış vəkil Şəfiqə Nağıyeva taksi sürücüsü tərəfindən vurulub. Xəsarət alan Şəfiqə Nağıyeva deyib ki, sürücünün anası xəstə olduğu üçün və ailəyə tək baxdığı üçün ondan şikayətçi olmayıb.

Metbuat.az xəbər verir ki, sürücü “Ümid ilə gəl” ictimai-sosial verilişinin bugünkü buraxılışında efirə zəng edərək Şəfiqə Nağıyevaya təşəkkür edib. Vəkil onun təşəkkürünə belə cavab verib:

“Hər zaman yolda ehtiyyatlı olun. Sürücünün hər zaman ehtiyatsızlıqdan, hava şəraitindən, qaranlıqdan və sairə qəza törətmək riski var. Sən dedin ki, anam çox ağır xəstədir. Məni Allah saxladı, kəfəni yırtdım, çıxdım. Mənə söylədilər ki, həmin ərazidə bu kimi qəzalar çox olub və heç kim sağ çıxmayıb. Amma sən oradan sağ çıxdın. Allah sənin ailənə və anana kömək olsun”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR