Türkiyənin Elmadağ qəsəbəsində yerləşən “Roketsan” zavodunda partlayış baş verib.

Metbuat.az xbər verir ki, partlayış nəticəsində 5 nəfər həlak olub. Yaralananların sayı dəqiqləşdirilir.

Partlayışın hansı səbbədən baş verdiyi məluma deyil.

Hadisə yerinə xilasedicilər, yanğın söndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.