Dərsə gəlməyən tələbəsinin nazir seçildiyini mediadan öyrəndi

Suriyada yeni hökumətin baş naziri olan Esaad Həsən Əl-Şiybani ilə bağlı maraqlı fakt üzə çıxıb.

Metbuat.az xəbər verir ki, Türkiyədə magistr təhsili aldığı və doktoranturasını davam etdirən Şiybaninin müəllimi Hasan Ağsakal onunla bağlı paylaşım edib. Məlum olub ki, Həsən Əl-Şiybani nazir seçilməzdən bir müddət əvvəl dərslərə getməyib. O məsələ ilə bağlı müəllimlərinə xəbər verməyib. Müəllimlər Həsən Əl-Şiybaninin nazir seçildiyini mediadan öyrəniblər. Hasan Ağsakal "Tələbəm Esaad Həsən, onun Suriyanın yeni Xarici İşlər Naziri olduğunu öyrəndim. Onun İndoneziya və Fələstinli sinif yoldaşlarından iki həftədir niyə dərslərə gəlmədiyini soruşdum. Ona, övladlarına, ölkəsinə daimi sülh və əmin-amanlıq arzulayıram” - deyə bildirib.

Qeyd edək ki, Əş-Şiybani Suriyanın Haseke vilayətində anadan olub. O, 2009-cu ildə Dəməşq Universitetinin Ədəbiyyat və Humanitar Elmlər Fakültəsinin İngilis dili və Ədəbiyyatı fakültəsini bitirib. Hazırda o, Türkiyədə Səbahattin Zaim universitetində təhsilini davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı