Dələduzluq etməkdə təqsirləndirilən sayt rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsiləndirilən Etibar Əliyevə hökm oxunub, o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə hökm hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, E.Əliyev (Etibar Toğrul) “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.

O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portalının rəhbəridir.

E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR