Pulun dalınca getdi, Baş nazir seçildi, Ərdoğanın toyunda şahid oldu... - Özü getdi, izi qaldı / FOTO

Xəbər verdiyimiz kimi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni 86 yaşında vəfat edib.

Metbuat.az ölkənin müharibə dövrləri istisna olmaqla, ən uzun müddət hakimiyyətdə qalan siyasətçisi Berluskoninin həyatı barədə diqqətçəkən məqamları təqdim edir:

Baş nazir, podratçı, media maqnatı, ölkənin ən varlı adamı və “Milan” klubunun prezidenti...

Berluskoni fəaliyyəti dövründə bir çox titullara sahib olub. Həbs olunan Berluskoni qalmaqalları ilə də İtaliya gündəmində olub.

Onun hekayəsi 1936-cı ildə Milanda başladı. Atası bankir, anası isə evdar qadın idi. Aktiv uşaqlıq dövrü keçirən Berluskoni Milan Universitetində Hüquq təhsili alıb. Universiteti 1961-ci ildə “Reklamın hüquqi aspektləri” mövzusunda dissertasiya işi ilə bitirib. Onun mediaya marağı da o illərdə yaranıb, lakin sektora addım atmazdan əvvəl var-dövlət qazanmağın arxasınca gedib.

O, əmək fəaliyyətinə tikinti ilə başlayıb. Berluskoni karyerasına onu İtaliyanın ən zəngin insanı edəcək bir podratçı kimi başlayıb. 1960-cı illərin sonlarına doğru Milanın şərqində 4000 mənzildən ibarət “Milano Due” layihəsini realllaşdırıb. O, tikinti layihələrini sonrakı illərdə də davam etdirib.

Berluskoni 1973-cü ildə Milanda mənzillərə xidmət göstərmək üçün qurduğu kiçik televiziya şirkəti “TeleMilano” ilə media dünyasına daxil olub. “TeleMilano” həm də ölkənin ilk özəl kanalı idi. 5 il ərzində o, media biznesini genişləndirərək, 1978-ci ildə “Fininvest” adlı ilk media qrupunu yaradıb.

1986-cı ildə o, nüfuzunu artıracaq sərmayə qoyub və dünyaca məşhur “Milan” futbol klubunu satın alıb. 2004-cü ilə qədər prezident olduğu "Milan" bu illər ərzində muzeyini kuboklarla doldurub və dünyanın ən məşhur futbolçularını heyətinə qatıb. “Milan”ın uğurları Berluskoniyə rəğbəti artırdı, onu hamıya tanıtdı.

1993-cü ildə media imperiyasını elan etdi

İllər keçdikcə Berluskoni həm biznesini, həm də sərvətini artırmağa davam etdi. O, 1993-cü ildə “Mediaset”i quraraq, media imperiyasını elan edib. Berluskoni arxasındakı media dəstəyindən istifadə edərək, siyasətə atılıb. Berluskoni 1994-cü ildə qurduğu “Forza İtaliya” partiyası ilə İtaliya siyasətinin gündəminə yerləşib. Ardınca o, Nümayəndələr Palatasına seçilib və 1994-cü ildə İtaliyada keçirilən parlament seçkilərdən sonra koalisiya hökuməti quraraq Baş nazir olub.

Lakin Berluskoninin kabineti 9 ay sonra koalisiya partiyaları arasında fikir ayrılıqları səbəbindən dağılıb.

Berluskoni 1996-cı ildə İtaliyada keçirilən parlament seçkilərində yenidən namizəd olsa da, Romano Prodiyə məğlub olub. 2001-ci ildə o, yenidən istədiyinə nail olub.

Başbakan, müteahhit, medya patronu: Silvio Berlusconi

Dünyanın ən güclüləri siyahısına daxil oldu

Seçkilərdə qalib gələrək baş nazir olan Berluskoni 2006-cı ilə qədər iki dəfə hökumət qurub. O, 2006-cı ildəki məğlubiyyətdən sonra 2008-ci ildə yenidən qələbə qazanaraq Baş nazir kimi and içib.

Həmin illərdə Berluskoni o qədər məşhur idi ki, onun adı "Dünyanın Ən Güclü İnsanları 2019" siyahısında 12-ci yerdə qərarlaşıb.

Borc böhranı ilə bağlı artan maliyyə problemlərindən İtaliya iqtisadiyyatı əziyyət çəkib. Berluskoninin hökuməti 2011-ci ildə, parlamentdəki fikir ayrılıqları səbəbilə çoxluğu itirib və o baş nazirlik postundan göndərilib.

2013-cü ilin iyununda yenidən namizəd olsa da, uğur qazana bilməyib. Siyasətdəki məğlubiyyətin ardınca isə Berluskoni barədə məhkəmə prosesləri başlayıb.

2013-cü ildə Berluskoni vergi fırıldaqçılığına görə məhkum edilib. Lakin yaşı 70-i ötdüyü üçün birbaşa həbsdən azad edilib. O, cəzasını ictimai işlərlə çəkib.

O, 2019-cu ildə İtaliyada keçirilən Avropa Parlamentinə seçkilərdə namizəd olub. Seçkidə “Forza İtaliya” tarixinin ən pis nəticəsini qazansa da, Berluskoni parlamentin ən yaşlı üzvü kimi parlamentə qayıdıb. O, 2022-ci il İtaliya prezident seçkilərində potensial namizəd olsa da, Sercio Mattarella seçkidə qalib gəlib.

Onun hakimiyyə dövründə Türkiyə-İtaliya münasibətləri demək olar ki, problemsiz olub.

Rəcəb Tayyib Ərdoğan və Silvio Berluskoni bir-birini dost adlandırıblar.

Başbakan, müteahhit, medya patronu: Silvio Berlusconi

Berluskoni 2003-cü ildə Bilal Ərdoğanın toyunun şahidi olub və 2018-ci ildə seçkilərdə qalib gələn Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində şəxsən iştirak edib.

Berluskoninin boşanma ilə nəticələnən iki evliliyindən 5 övladı var.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı