Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 70 faiz artıb

2022-ci ildə İsraildən Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 4 dəfə artaraq 23 935 nəfər təşkil edib.

Dövlət Turizm Agentliyindən Metbuat.az-a verilən xəbərə görə, 2023-cü ilin son 5 ayında isə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70% artaraq 8 611 nəfər olub.

    Hazırda Təl-Əvivdən Bakıya həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar təşkil olunur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR