Azərbaycanda əsas kapitala 6 mlrd. manata yaxın vəsait qoyulub

2023-cü ilin yanvar-may aylarında əsas kapitala 5858,2 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9% çox vəsait yönəldilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2% artıb.

Qeyd edək ki, istifadə olunmuş vəsaitin 3432,5 milyon manatı və ya 58,6%-i məhsul istehsalı sahələrinə, 2097,8 milyon manatı (35,8%-i) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4314,5 milyon manatını və ya 73,6%-ni daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4124,3 milyon manatı və ya 70,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Xatırladaq ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6%, büdcə vəsaitləri 35,6%, əhalinin şəxsi vəsaitləri 6,7%, bank kreditləri 3,4%, sair vəsaitlər isə 5,7% təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı