Nigeriyada qayığın batması nəticəsində azı 100 nəfər ölüb

Nigeriyanın Niger əyalətində toya qayıdanları daşıyan qayığın batması nəticəsində azı 100 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, hadisə zamanı çox sayda sərnişin itkin düşüb. Kvara əyalətinin qubernatoru bildirib ki, qəzada itkin düşənlərin xilas edilməsi üçün işlər davam etdirilir.

Bildirilir ki, qayıq Niger çayında ağaca çırpılaraq batıb.

Qeyd edək ki, ötən ay ölkənin Sokoto ştatında sərnişin qayığının batması nəticəsində 15 nəfər həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı