"​Leobank" müştəriləri üçün daha bir yenilik edib

Leobank mobil bankçılıq xidməti Azərbaycan bazarına yeniliklər gətirməkdə davam edir.

Leobank tətbiqinin "Sərmayələr" bölməsində indi Apple, Amazon, Google və digər qlobal şirkətlərdən pay əldə etmək üçün müştərilərə unikal imkan təqdim olunur.

Bu necə işləyir? İndi siz səhm paylarını, məsələn, Tesla-nın 0,3 səhmini almaqla şirkətin bir hissəsi ola bilərsiniz. Sərmayələr məbləği manatla göstərilir, eyni zamanda sistem avtomatik olaraq alınan səhmlərin müvafiq payını hesablayır. Alış-veriş üçün minimum pay 0,01 təşkil edir. Minimum sərmayə məbləği isə 1 manatdır.

Bu innovativ mexanizm sərmayənin həcmini qorumaqla, müştərilər üçün imkanları genişləndirməyə, sərmayə prosesini sadələşdirməyə və müxtəlif aktivlərin daha yaxşı portfelini yaratmağa imkan yaradır. Leobank ilə aktiv sərmayələr aləminə daxil olun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR