DSX rəisinin müavini yaralanan hərbçiyə baş çəkib

İyunun 16-da Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini, general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlumata görə, həkimlər hazırda hərbi qulluqçunun vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını bildiriblər.

Hərbi qulluqçu Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR