9 illik bazadan kolleclərin qabiliyyət tələb edən ixtisaslarına imtahan qrafiki açıqlandı

Dövlət İmtahan Mərkəzi qabiliyyət tələb edən ixtisaslar üzrə ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. Müraciətdə bildirilib ki, Bakı, Sumqayıt və Şamaxı şəhərlərində yerləşən kolleclərə qəbul olmaq üçün musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçən abituriyentlər ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Metbuat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qeyd edilən şəhərlərdə yerləşən kolleclərə qəbul üçün qabiliyyət imtahanları Bakı şəhərində keçiriləcək. Musiqi sənəti istiqaməti üzrə imtahanlar 6, 7 və 10 iyul 2023-cü il tarixlərində Bülbül adına orta ixtisas musiqi məktəbində, Təsviri sənət istiqaməti üzrə imtahanlar isə 8-10 iyul 2023- cü il tarixlərində 167 saylı tam orta məktəbdə keçiriləcək.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən tarixdə və saatda ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər).

Musiqi sənəti istiqaməti üzrə imtahana gələn abituriyentlər digər sənədlərlə yanaşı proqram formasını da çap edərək gətirməlidirlər.

İmtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR