Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reyslər üçün yenidən açılır

Cari ilin iyun ayının 20-dən Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalı “Buta Airways” və bir sıra xarici aviadaşıyıcıların beynəlxalq reyslərinin yerinə yetirilməsini bərpa edir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Metbuat.az-a verilən məlumata görə, iyunun 20-də saat 00:00-dan etibarən aşağıdakı aviaşirkətlər Bakı hava limanının 2-ci Terminalına və Terminalından növbəti şəhərlər üzrə uçuşlar həyata keçirəcək:

    - “Buta Airways” – İstanbul, İzmir, Ankara, Trabzon, Tbilisi, Batumi, Samara, Kazan, Mineralnıye Vodı, Həştərxan, Ufa, Volqoqrad, Mahaçqala, Soçi, Aktau, Düşənbə, Tehran;

    - “Israir Airlines” – Tel-Əviv;

    - “Wizz Air” – Budapeşt, Roma, Əbu-Dabi.

    Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalına və Terminalından yeni reyslər yerinə yetirildikcə sərnişinlərə bu barədə əlavə məlumat veriləcək.

    Sərnişinlərə uçuş zamanı maksimal rahatlığı təmin etmək üçün vacib uçuş məlumatları ilə diqqətlə tanış olmaqları tövsiyə olunur. Gediş/gəliş terminalı, gediş/gəliş tarixi və saatı, o cümlədən digər uçuş detalları haqqında məlumatı yoxlamaq zəruridir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı