İsmayıl Əliyev bu şirkətə rəhbər TƏYİN EDİLDİ

"Xalq Həyat" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Metbuat.az bildirir ki, İH-nin sədri vəzifəsini müvəqqəti icra edən sədr müavini İsmayıl Əliyev sığorta şirkətinin yeni sədri seçilib.

    Bundan əlavə, şirkətin maliyyə departamentinin direktoru Əfqan Osmanov İH-nə müvəqqəti üzv seçilib. Bununla da "Xalq Həyat"ın İH-nin tərkibi idarə heyətinin üzvü Aynurə Quliyeva ilə birlikdə üç nəfərdən ibarət olub.

    Xatırladaq ki, "Xalq Həyat Sığorta" isə 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta"ya məxsusdur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı