Ulduz futbolçu “Fənərbaxça”ya razılıq verdi

“Fənərbaxça” iddialı heyət qurmaq üçün ulduz futbolçuları diqqətə alıb.

Metbuat.az xəbər verir ki,“Fənərbaxça” "Yuventus"la müqaviləsi başa çatan Xuan Kuadradonu ilə danışıqlar aparır. İtaliya mediasının məlumatına görə, Türkiyə klubu futbolçuya müqavilə təklif edib.

Bildirilir ki, 35 yaşlı cinah oyunçusu təklifi rədd etməyib və ilkin razılıq verib. Bununla belə, o “Fənərbaxça”dan vaxt istəyib.

Məlumata görə, futbolçunun əsas hədəfi İtaliya və İspaniyada oynamaqdır. Xuan Kuadradonu bu ölkələrdən istədiyi təklifi almasa, karyerasını Türkiyədə davam etdirə bilər. İddialara görə, La Liqa komandalarından biri olan "Sevilya" da ulduz oyunçunu heyətinə qatmağı hədəfləyib.

Həm sağ cinah müdafiəçisi, həm də sağ cinahda çıxış edə bilən Kuadrado hazırda məzuniyyətdədir və məzuniyyətdən sonra qərarını "Fənərbaxça"ya bildirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR