Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 45% artıb

Azərbaycanla Türkiyə arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 3,5 milyard dollar dəyərində olub.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyard dollar və ya 45,5% çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 964,3 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycanın Türkiyəyə ixracı isə 2,6 milyard dollar dəyərində olub.

Əlavə edək ki, bununla Türkiyə Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı