“Yaxşı olar ki, gələn ay quru sərhədləri açılsın” - Deputat

“Azərbaycana qarşı həm cənubdan, həm şimaldan müəyyən təhdidlər var idi. Pandemiyadan sonra quru sərhədlərinin bağlı qalmasının əsas səbəbi, ölkədə təhlükəsizliyin təmin olunması ilə bağlıdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. Millət vəkili hesab edir ki, qisas hissi ilə yaşayan erməni diversantların ölkəyə daxil olması çox ciddi problemlərin yaranmasına səbəb olardı:

“Rusiya-Ukrayna müharibəsi nəticəsində ölkəyə digər məqsədlərlə gəlmək istəyən insanlar ola bilərdi. Bütün bunları nəzərə alaraq, Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla dövlət suverenliyimizin, vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün əhəmiyyətli hesab edirdi. Artıq bu problemlərin əksəriyyəti də demək olar həllini tapıb. Yaxşı olardı ki, iyul ayı ərzində artıq quru sərhədləri açılsın”.

"Deputat da adamdır, robot deyil" - Razi Nurullayev onu tənqid edənlərdən

Millət vəkili qeyd etdi ki, quru sərhədlərinin açılması ölkəmizdən kənarda olan Azərbaycan vətəndaşlarının vətənə rahat gəlməsinə şərait yaradacaq:

“Onların baha təyyarə biletləri alıb ölkəmizə gəlmək imkanları yoxdur. Xəstələr müalicə üçün quru sərhədlərindən keçib getmək istəyir. Yay turizm mövsümü başlayıb və yarım milyona yaxın insan quru sərhədlərindən keçərək bu imkanlardan yararlana bilər. Bu da iqtisadiyyatımızın canlanmasına, on minlərlə iş yerinin açılmasına gətirib çıxaracaq.

Əlavə olaraq bildirim ki, quru sərhədləri açıq olan zaman 300-500 min vətəndaş xarici ölkələrə gedərək kiçik bizneslə məşğul olurdu. Bu qədər insanın qazanc əldə edə bilməsi hökumətin üzərində olan yükü də azaldırdı. Söhbət həm də, yüz minlərlə yeni iş yerindən gedir.

Əgər ölkəmiz üzərində təhlükə yoxdursa, vətəndaşlarımızın təhlükəsizliyini təmin edə biliriksə, bunun üçün problem yaşamırıqsa, quru sərhədlərinin açılması ilə bağlı hökumət də müsbət qərar verməlidir və inanıram ki, bu yaxınlarda biz inşallah buna şahidlik edəcəyik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı