"Titan" sualtı qayığının bütün ekipaj üzvləri ölüb" - Şirkət AÇIQLADI

Atlantik okeanında itmiş “Titan” sualtı qayığının ekipaj üzvlərini ölü hesab edilir.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, bu barədə "Titan"nın operatoru məlumat verib.

“Biz inanırıq ki, baş direktorumuz Stokton Raş, Şahzadə Davud və onun oğlu Süleyman Davud, Hamiş Hardinq və Pol-Henri Narqolet təəssüflə itkin düşüblər",- şirkətin açıqlamasında bildirilib.

Eyni zamanda, KİV-də yayılan məlumata görə, ekspertlər "Titan" sualtı qayığının axtarışı zonasında naməlum qalıqlar aşkar edilib. Nəşr qeyd edir ki, batiskaf kapsulunun axtarışları davam edir.

Sualtı qayığın qalıqlarının "Titanik"dən təxminən 500 metr aralıda okeanın dibində tapıldığı vurğulanır.

Xatırladaq ki, təşkil edilən 8 günlük turun qiymətinin adambaşına 250 min dollar təşkil edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı