Krediti və borcu olan şəxs bu halda qurban kəsə bilər - Elşad Miri

"Qurban bayramında əsas məqsəd ət yemək yox, onu həqiqətən başqaları ilə bölüşüb, yardımlaşmaqdır".

Bunu Metbuat.az-a açıqlamasında Qurban bayramı ilə bağlı danışan ilahiyyatçı Elşad Miri deyib. İlahiyyatçı heyvanın kəsilib paylanma qaydaları ilə bağlı qeyd edib:

“Quranda “Həcc” surəsinin 37-ci ayəsində bildirilib ki, kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatır, Allaha çatan ancaq sizin ona qarşı məsuliyyətli olmağınızdır. “Ənam” deyilən anlayış da var. Yəni, Qurban bayramında ev heyvanları kimi nəzərdə tutulan heyvanların - qoyun, keçi, inək, dəvə kəsilməsi nəzərdə tutulur. Bu heyvanları kəsib paylayırlar. Paylayarkən insanlar özləri bilirlər ki, ətin nə qədərini paylayacaqlar, nə qədərini özlərində saxlayacaqlar. Ətin çox hissəsini paylamaq daha məqsədəuyğundur, gözəldir. Eyni zamanda baxmaq lazımdır ki, kəsilən heyvan kiçik quzu olmasın. Yəni bu gün kəsilən heyvanlar neçə yaşda kəsilirsə, qurbanlıq heyvanların da buna uyğun kəsilib, ətinin paylanması daha doğrudur”.

Bəzi ilahiyyatçı alimlər qeyd edirlər ki, krediti və borcu olan şəxslər qurban kəsə bilməz. Elşad Miri bu fikrə münasibətində qeyd etdi ki, əgər bir insan həqiqətən o kreditini ödəyə bilirsə, qurban da kəsə bilər:

“Burada əsas məsələ başqalarına paylamaqdır. Yox, əgər ödəyə bilmirsə, əksinə, həmin adamın özünə elə qurban pay düşür. Əgər bir insan qurban kəsib ətin hamısını özünə saxlayırsa, bu yanlışdır. Qurbanlıqla oyun oynamaq olmaz. İmkanı olmayan şəxs qurban payını gözləməlidir. Qurban bayramının fəziləti, insanlar arasında bölüşmək, yardımlaşmaq, sosiallaşmaqdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR