Daha bir neçə ailə Laçın şəhərinə köçdü - FOTO

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR