Ötən il əcnəbilər Azərbaycan hotellərinə 138,7 milyon manatdan artıq ödəniş edib

Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə mehmanxana və mehmanxana tipli müəssisələrin göstərdikləri xidmətlərin məbləği açıqlanıb.

Bu barədə Metbuat.az Dövlət Statistika Komitəsindən xəbər verilib.

    Bildirilib ki, 2022-ci il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərə görə ödənilmiş məbləğ 138 milyon 766,6 min manat təşkil edib.

    Qeyd edək ki, 2021-ci ildə bu rəqəm 47 milyon 373,1 min manat olmuşdu.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı