Bu ilin yanvar-may aylarında Azərbaycan 21 milyon 582 min ABŞ dolları dəyərində qara metal ixrac edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 53,2 % azdır.
Ölkənin ümumi ixracında qara metal ixracının payı 0,13 % təşkil edib.
Hesabat dövründə qara metalın idxalı isə 182 milyon 719 min manat olub ki, bu da illik müqayisədə 7,8 % çoxdur.
Qara metal idxalının ölkənin ümumi idxalında payı 2,67 % təşkil edib.