Sabahın hava proqnozu açıqlandı

İyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR