"İnter" klubunun futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçəcəyi ilə bağlı xəbərlərə cavab verib.
Metbuat.az xəbər verir ki, o "İnter"də qalmaq istədiyini ifadə edib. Futbolçu, "İnter"də çox xoşbəxtəm. Amma bir gün "Qalatasaray"ın formasını geyinmək mənim üçün şərəf olar", - deyə bildirib.
Qeyd edək ki, Hakan Çalhanoğlu Türkiyə millisinin forması ilə 97 rəsmi oyunda 21 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.