Mbappe bu futbolçu ilə oynamaq istəyir - 100 milyonluq transfer

"Real Madrid”in futbolçusu Kilian Mbappe rəhbərlikdən müdafiə mövqeyinə yeni futbolçu transfer edilməsini istəyib.

Metbuat.az xəbər verir ki, o, "Arsenal"ın müdafiəçisi Uilyam Salibanın “Real”a transfer edilməsini xahiş edib. "Defensa Central"da dərc edilən xəbərə görə, “Real” rəhbərliyi Salibanın transferində maraqlı olsa da, onun baha olması büdcəyə təsir edə bilər. Məlumata görə, “Arsenal”la müqaviləsi 2027-ci ildə yekunlaşacaq futbolçunun transfer dəyəri 80 milyon avrodur.

Qeyd edək ki, bundan əvvəl də, “Real Madrid”in Uilyam Salibanı transfer etmək istədiyi irəli sürülmüşdü. İddialara görə, “Arsenal” futbolçu üçün 100 milyon avro tələb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı