​"Fənərbaxça" bu futbolçunu klubdan qovdu - Müqavilə pozuldu

"Fənərbaxça" 2022-ci ildə böyük ümidlərlə transfer etdiyi gənc oyunçu Jin-ho Jo ilə müqaviləni pozub.

Metbuat.az xəbər verir ki, futbolçu 3 il əvvəl Cənubi Koreyanın "Joenbuk" komandasından transfer edilmişdi. Məlumata görə, ötən il Serbiyanın "Radniçki" komandasına icarəyə verilən yarımmüdafiəçi daha əvvəl "Novi Pazar"a icarəyə göndərilmişdi. Lakin futbolçu uğurlu oyun ortaya qoya bilməyib.

Jin-ho Jo 2023-cü ildə "Fənərbaxça" - “Zenit” matçında göstərdiyi performansla diqqət çəkmişdi. Futbolçunun hazırki transfer dəyəri 600 min avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı