Şuşada Polis Günü qeyd edildi - FOTO

Şuşa rayonunda Azərbaycan Polisinin yaranmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə rayon ərazisindəki Şəhidlər abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri düzüblər.

Daha sonra polis şöbəsində davam etdirilən tədbirdə çıxışçılar Azərbaycan Polisinin 105 illik fəaliyyəti haqqında ətraflı məlumat veriblər, daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndiriblər. Sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunub saxlanılmasında polis əməkdaşlarının müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara, eləcə də polis veteranlarına hədiyyə və mükafatlar təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR