Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Polisinin yaranmasının 105 illiyi münasibəti ilə videoçarx hazırlayıb.
Videoçarxda Azərbaycan polisinin xidmətində qarşısında duran məqsəd və vəzifələr özünəməxsus şəkildə ifadə edilib:
“Dilində, fikrində, əməlində Vətən olan, Mübtədası Vətən, xəbəri Vətən olan, Vətən üçün cəfanı səfa, çətini asan edən bir qəhrəmandır Azərbaycan polisi!”
Metbuat.az həmin videoçarxı təqdim edir: