XİN-ə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başladı

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

DİM-dən Metbuat.az-a verilən xəbərə görə, namizədlərin imtahana qeydiyyatı verilən keçid vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək.

    İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).

    Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

    https://exidmet.dim.gov.az/elimt/XINTest/elan


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı