Dubaydakı pakistanlı ailənin təşkil etdiyi toy etirazlara səbəb olub.
Metbuat.az xəbər verir ki, görüntülərdə gəlinin qızıl külçələrlə birgə tərəziyə qoyularaq çəkildiyi müşahidə edilir. Ailə üzvləri bununla gəlinə onun ağırlığında qızıl verildiyini nümayiş etdirmək istəyib. Lakin sosial media istifadəçiləri xalqın yoxsulluqla mübarizə apardığını bildirərək görüntülərə etiraz edib.
Ailələrin həddindən artıq dəbdəbə və israfçılığa qaçması tənqid edilib. Pakistanlı ailə isə iddia edib ki, qızıl külçələr saxtadır.