Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində də hiss olunub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat yayıb.

Seysmoloqlar bildirib ki, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub.

Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.