Qurbanovun oğlu bu sözləri yazıb "Qarabağ"la vidalaşdı - FOTO

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı “Qarabağ”la vidalaşıb.

Metbuat.az xəbər verir ki, 21 yaşlı hücumçu sosial media hesabında bu sözləri yazıb:

““Qarabağ” ailəsi! Mənə ilk gündən doğma olan, həyatımın ayrılmaz parçası halına gəlmiş klubumdan karyeramda yeni səhifə açmaq üçün ayrılıram. Lap uşaqlıqdan bu gözəl ailənin içində oyunları böyük heyranlıqla izləyərək, bir gün meydanda olmaq xəyalı ilə böyümüşəm. Çox şükür, bu arzumu həyata keçirmək mənə nəsib oldu! Karyeramın ilklərini, ən gözəl anlarını burada yaşadım, unudulmaz və dəyərli dostlar, xatirələr, təcrübə qazandım. Amma yeni çağırışların arxasınca getmək və ölkəmizi xaricdə layiqincə təmsil etmək vaxtıdır. İlk növbədə, daim mənə dayaq olan atama və ailəmə, futbolçu və insan kimi yetişməyimdə əməyi olan hər kəsə, rəhbərliyimizə, məşqçilərimizə, tibbi heyətimizə, keçmiş və indiki komanda yoldaşlarıma, bazamızda bizim üçün zəhmət çəkən bütüm işçilərə və məni ilk gündən dəstəkləyən bütun azarkeşlərimizə sonsuz minnətdaram.

Həmçinin üzərimdə böyük əziyyəti olan “Neftçi”yə, akademiyadakı məşqçilərimə, karyeramda çox önəmli yeri olmuş “Zirə” və həmişə mənə hədsiz dəstəyini əsirgəməyən məşqçim Rəşad Sadıqova dərin təşəkkürlərimi bildirirəm.

Əziz və dəyərli, “Qarabağ” ailəsi! “Qarabağ” bir futbol klubundan çox daha artıqdır. “Qarabağ” bir ailə, məktəbdir. Haqqınızı halal edin, hamınız üçün darıxacağam, görüşənədək”.

Qeyd edək ki, Musa Qurbanlı İsveçin “Yurqorden” klubuna keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı