"Səbail" klubunun yeni icraçı direktoru kollektivə təqdim olundu

“Səbail” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə klub üzvlərinin iclası keçirilib.

Metbuat.az xəbər verir ki, klubdan verilən məlumata görə, toplantıda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.

ASCO-nun idarə heyətinin və “Səbail” PFK Müşahidə Şurasınn sədri Rauf Vəliyev klubun sabiq icraçı direktoru Fərəc Əliyevə göstərdiyi fəaliyyətə görə təşəkkür edib.

Daha sonra klubun Müşahidə Şurasının üzvü Firuz Abdullanın icraçı direktor təyin olunması ilə bağlı kollektivə məlumat verilib. Yeni icraçı direktora işində uğurlar arzulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR