"Hamının ürəyindən oldu" - Yazıçılar Birliyinin üzvü seçilən Elza

Xəbər verdiyimiz kimi, Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib.

Metbuat.az xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" verilişində üzv seçilməyindən danışıb. O bildirib ki, xəbəri ona ilk dəfə Birliyin sədri Anar çatdırıb:

"Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin şəxsən özünün mənə zəng vurub söyləməsi ki, biz sizi "AYB"nin üzvü seçdik, mənim üçün çox qürürverici idi". Anar müəllimə dedim ki, öncədən sizin mənə zəng vurub belə bir xəbərin çatdıracağınızı bilsəydim, səsinizi yazardım. Çünki bu xəbəriniz mənim üçün Allahdan hədiyyə oldu. Hamı susaraq Anar müəllimin təsdiqini gözləyirdi. Mənim "AYB"yə üzv seçilməyim hamının ürəyindən oldu. Dünən "AYB"nin vəsiqəsini əlimə aldım, amma həmin anları paylaşmadım. Bizim görkəmli yazıçımız Çingiz Abdullayev özü sosial şəbəkədə paylaşdı. "AYB"yə üzv seçilməyimlə bağlı kimlərinsə dedikləri sözlər boşunadır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR