Kiyev, 3 iyun, AZƏRTAC
Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunda həmvətənimiz Ayxan Rüstəmzadənin “Azərbaycan Respublikasının məhkəmə-hüquq şurası: fəaliyyət və islahat üzrə beynəlxalq-hüquq standartları” mövzusunda dissertasiya tədqiqatının açıq müdafiəsi olub.
Azərbaycan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi A.Rüstəmzadənin bu tədqiqatı “konstitusiya hüququ, bələdiyyə hüququ” ixtisası üzrə hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuşdu.
Müdafiənin nəticələri üzrə müsbət qərar qəbul edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev