Priqojinin evində axtarış: Bunlar tapıldı - FOTOLAR

"Vaqner" hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin evində axtarış aparılıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, onun evində tapılan əşyaların fotoları mediaya ötürülüb.

Belə ki, axtarış zamanı qrup rəhbərinin evindən çoxlu silah-sursat, pullar tapılıb. Bundan başqa, onun müxtəlif vaxtlarda görünüşünü dəyişdiyini göstərən fotolar əldə edilib.

Xatırladaq ki, iyunun 24-də "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin gün "Vaqner"çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı