"Hərbi doktrina dəyişdirilməlidir" - Millət vəkili

“Azərbaycanın Hərbi doktrinasına dəyişiklik etmək lazımdır”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri dəyişib:

“Bu, Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycanın Hərbi doktrinasında bu məqamın ayrıca göstərilməsi vacibdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı