Naxçıvanda aviakassaların iş vaxtı artırılıb

Naxçıvan şəhərində aviakassaların iş vaxtı 2 saat artırılıb.

Metbuat.az bildirir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata görə, bu addım sərnişin sıxlığı nəzərə alınaraq atılıb. Beləliklə, bundan sonra aviakassalar saat 09:00-dan 19:00-a qədər deyil, saat 07:00-dan 19:00-a qədər işləyəcək.

Paralel oalraq aviabiletlərin onlayn satışı da həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR