Ebru Gündəşi Şəmkirə gətirən bu məşhur ticarət mərkəzinin sahibi imiş - FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündəş Azərbaycana gəlib. Şəmkirdə sünnət mərasiminə dəvət alan müğənni səhnədə canlı orkestr ilə çıxış edib, hit mahnılarını səsləndirib.

Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. Amma onların iştirakı Ebrununki qədər rezonans doğurmayıb.

Metbuat.az xəbər verir ki, Demokrat.az saytı oğlunun kiçik toyuna türkiyəli müğənnini dəvət edən şəmkirli iş adamı Aydın Musayev haqqında bəzi məlumatlar əldə edib.

Məlum olub ki, o, Bakıdakı “Metropark” ticarət mərkəzinin sahibidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı