Bəzi hallarda uzun müddət tox qalmağımızı təmin edəcək qidalara ehtiyac duyuruq. Bəs uzun müddət tox tutan qidalar hansılardır?
Metbuat.az həmin qidaları təqdim edir:
Pendir
Pendir uzun müddət tox qalmağınızı təmin edəcək. Yağsız pendirlər isə proteinlə zəngindir.
Balıq
Balıq əti vitaminlərlə zəngin qidalardandır. Həm proteinlə zəngindir, həm də uzun müddət tox tuta bilir.
Yoqurt
Bu qidalar süd proteinləri və kalsium tərkibi ilə həm faydalı, həm də tox qalmağa yardım edən qidalardandır.
Ət
Həmçinin ət də protein cəhətdən zəngindir və insanı tox tutur.
Şorbalar
Sulu yeməklərin həzm prosesi daha yavaş getdiyi üçün bu qidaların qəbulu da uzun müddət tox qalmağınızı təmin edəcək.
Yumurta
Yumurtanın tərkibində bol miqdarda protein və vitamin mövcuddur. Tox tutduğu qədər həm də qidalandırıcı xüsusiyyəti var.