Balotelli bu türk klubuna transfer olmaq istəyir

Türkiyə macərasından sonra İsveçrənin “Sion” komandasına yollanan Mario Balotelli yenidən Türkiyədə futbol oynamaq istəyir.

Metbuat.az xəbər verir ki, “Sion” komandasında uğursuz oyun sərgiləyən Balotelli meneceri vasitəsilə “Trabzonspor”a xəbər göndərib. Türkiyəyə dönməyə hazır olduğunu deyən Balotelli "Sizin qol probleminizi həll edəcəm. Türkiyəyə qayıtmağa hazıram” deyə bildirib. “Trabzonspor” hələki futbolçuya cavab verməyib. Qeyd edək ki, “Sion” klubuna transfer olmazdan əvvəl "Adana Dəmirspor"da çıxış edən Balotelli uğurlu oyun sərgiləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR