AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb

11 iyul 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan(AMB) bildirilib.

Məlumata görə, hərracda tələb 32,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 2 dəfə çoxdur. Belə ki, iyulun 6-da keçirilən valyuta hərracında banklar 15.7 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı