Gömrük xətti ilə büdcə daxilolmaları 21% artıb

2023-ci ilin yanvar-iyun aylarında gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 3 milyard 75 milyon 366 min manata çatıb.

Metbuat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 768 milyon 744.1 min manat (ötən ilin eyni dövrünə nisbətən 20.4% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2 milyard 188,168 milyon manat (21.4% çox), aksizlər üzrə daxilolmalar 97,361 milyon manat (39.3% çox), yol vergisi üzrə daxilolmalar isə 23,092 milyon manat (19.5 % az) təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı